SON XƏBƏRLƏR

Astarada sərnişinin ölümündə təqsirləndirilən İmaməli Əliyevin ibtidai istintaqı yekunlaşıb. Bu haqda bu gün, 25 yanvar tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilən və hakim Cəlil Nəbiyevin icraatına verilən cinayət işi məhkəməsinin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Hadisə ötən ilin oktyabrında Astara rayonunun Heydər Əliyev prospektində baş verib.

Ərçivan kənd sakini, 19 yaşlı İ.Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən yağışlı havada idarəetməni itirərək, yol kənarındakı iri gövdəli ağaca çarpılıb.

Zərbənin təsirindən avtomobildə olan 18 yaşlı sərnişin İmaməli Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İ.Əliyevə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.