SON XƏBƏRLƏR

Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhədi qanunsuz pozmuş Əfqanıstan vətəndaşları saxlanılıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində verir.

Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozmaqla Azərbaycana gəlməkdə məqsədlərinin ölkə ərazisindən tranzit yolla istifadə edərək, daha sonra Avropa ölkələrindən birinə qanunsuz miqrasiya etmək olduğu müəyyən edilib.

Fakt üzrə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əfqanıstan vətəndaşları
DSX