Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 may tarixində DSX-yə istinadən verir.
Belə ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 24 may saat 11:55-də Yardımlı rayonunun Zevin kənd sakinləri Şirbəyov Şamo Faiq oğlu və Şirbəyli İlyas Rahib oğlu saxlanılıblar. Onlardan ümumi çəkisi 13 kiloqram narkotik vasitə (11 kq marixuana, 2 kq metamfetamin) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.