Salyan rayonunun Xocalı kəndində üzərində bıçaq xəsarətləri olan naməlum kişi meyiti tapılıb. Bu haqda məlumat bu gün, 19 noyabr tarixində Daxili İşlər Nazirliyindən Cenublu.az-a daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum meyitin 65 yaşlı Masallı rayon sakini Etibar Məmmədov olması müəyyənləşib.
Polis və prokurorluq əməkdaşları tərəfindən əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam edir.