Azərbaycan yazıçı, tərcüməçi və tarixçisi Əlisa Nicatın 85 illiyi ilə əlaqədar virtual kitab sərgisini hazırlanıb. Sərgi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının təşkilatçılığı ilə baş tutub.
Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub. 1955-ci ildə Lənkəran şəhərində 3 nömrəli orta məktəbi bitirib. Daha sonra Bakıya yola düşən şair, orada Azərbaycan Dövlət Universitetini bitirib və şeirlərini çap etməyə başlayıb.
1983-cü ildə Lənkərana geri dönüb və 1990-cı ilədək burada yaşayıb. Bu zaman ərzində “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz” povestlərini qələmə alıb, Plutarxın “Makedoniyalı İskəndər”, Məhəmməd Tahirin “Şeyx Şamil” kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı “Qəbilə başçısı” kitabı, 1990-cı ildə “Gəncəli müdrik” romanını çap edilib.