SON XƏBƏRLƏR

Pensiyaçılar arasında keçirilən şahmat üzrə “Zəfər turniri”nin regionlarda təşkil olunan seçmə mərhələsinin qalibləri müəyyən olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 oktyabr tarixində Dövlət Sosial Müdafiə Fonduna istinadən verir.

Turnirin regionlarda iki gün davam edən seçmə mərhələsində 330-dan çox pensiyaçı yarışıb. Gərgin mübarizə şəraitində keçən dünənki yarışda 1 saylı Lənkəran-Astara Regional Filialı üzrə Kəlbiyev İmran, 2 saylı Lənkəran-Astara Regional Filialı üzrə Sadıqov Məmmədağa qalib olub.

Qaliblər çempionatın Bakıda keçiriləcək yarımfinal və final mərhələsində iştirak edəcəklər.

Qeyd edək ki, turnir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə keçirilib.