Lənkəran şəhərinin “Sahil” parkında uşaqların əyləncəsi üçün nəzərdə tutulan attraksionlar bərbad vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 aprel tarixində verir.
“Şəhərimizdə uşaqların əylənməsi üçün, demək olar ki, heç bir şərait yoxdur. Qala Xiyabanidə təzəlikcə attraksion quraşdırmışdılar. Onun da yanında restoran tikdilər, indi istifadə edə bilmirik. Ödənişsiz attraksion bir “Sahil” parkında qalıb. Qarşıdan tətil gəlir. Uşaqlarımızı isə gəzdirməyə, aparmağa yerimiz yoxdur. Aidiyyəti qurumlardan xahiş edirik, nəzərə alsınlar”, – deyə sakinlər bildiriblər.