SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində şəhidimiz Elnur Talıbovun doğum günü münasibətilə xatirəsinə lövhə ucaldılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 dekabr tarixində verir.

Qeyd edək ki, Elnur Talıbov 26 dekabr 1996-cı ildə Lerikdə dünyaya gəlib. Lənkəran şəhəri 9 nömrəli tam orta məktəbdə təhsil alıb.  Vətən müharibəsi çərçivəsində Füzuli əməliyyatı və Xocavənd döyüşlərində iştirak edib və qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.

1 noyabr 2020-ci ildə Lənkəran şəhərində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı ilə təltif olunub.