Bu gün şəhid Vüsal Kazımovun şəhadətə ucalmasının ikinci ilidir.
Vüsal Kazımov Yuxarı Nüvədi kəndində 17 dekabr tarixində anadan olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edib.
Ailəsi ilə sonuncu dəfə 26 oktyabr 2020-ci ildə telefon vasitəsi ilə danışıb. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Vüsal 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla dəfn edilib.
Qəhrəmanımız ailəli idi, 2 övladı Vətənə əmanət qalıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.