SON XƏBƏRLƏR

Cəlilabad rayonu Fərzili kənd ümumi orta məktəbinin kimya-biologiya müəllimi, şəhid Rəhimov Tural Arif oğlunun xatirəsinə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında keçirilən kimya və biologiya fənləri üzrə fənn müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 mart tarixində verir.

Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi, sektor müdirləri, ümumi təhsil müəssisələrinin direktorları, şagirdlər, onların valideynləri və şəhid müəllim Tural Rəhimovun ailə üzvləri iştirak ediblər.

Sonda fənn müsabiqəsinin qalibləri, müsabiqə suallarının hazırlanmasında əməyi olan müəllimlər və şəhid müəllim Tural Rəhimovun qızı Yağmur Rəhimova təltif ediliblər.

“Altun” və “Qanun” nəşriyyatlarının təşkilatçılığı ilə müsabiqənin qaliblərinə kitablar hədiyyə olunub.

Qeyd edək ki, fənn müsabiqəsinin final mərhələsində 37 şagird biologiya, 26 şagird kimya fənni üzrə müsabiqədə iştirak edib. Onlardan 9 şagird biologiya, 7 şagird kimya fənni üzrə final turunun qalibi olub.