SON XƏBƏRLƏR

Bu gün Cəlilabaddan olan şəhid Qadir Heydərovun doğum günüdür.

Qadir Ədalət oğlu Heydərov 11 may 1998-ci ildə Cəlilabad rayonunun Əsədli kəndində doğulub. Bakı şəhərində təhsil alan igidimiz 2016-cı ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq evə qayıdıb.

Şəhidimiz Vətən müharibəsi zamanı qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib. Nişanlı olan Qadir Heydərov sevgisinə qovuşa bilməsə də, əbədiyyətə qovuşdu. 22 yaşlı şəhidimiz 29 oktyabr 2020-ci ildə şəhadətə ucalıb. Qadir Heydərov Abşeron rayonundakı Mehdiabad qəsəbəsində dəfn olunub.

Qadir Heydərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.