SON XƏBƏRLƏR

Qəhrəman şəhid Taleh İsmayılovun yadigarları, Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin şagirdləri Yaqub və Yusif İsmayılovlar olimpiadada uğur qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.

Belə ki, məktəbin 5c sinif şagirdləri olan qardaşlar Lütfi Zadə adına Məntiq Olimpiadasında uğurlu nəticə göstərərək növbəti mərhələdə iştirak hüququ qazanıblar. Onların sinif rəhbəri Əsmər Əliyevadır.

Qeyd edək ki, şəhid Taleh İsmayılov Lənkəran rayonunun Boladi kəndində anadan olub. 44 günlük Vətən müharibəsinin 39 gününü döyüşlərdə iştirak edən Taleh İsmayılov Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı, 4 noyabr 2020-ci il tarixində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 3 övladı Vətənə əmanət qalıb.

 

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.