Lənkəranda şəhid Orxan Quluzadənin adını daşıyan küçənin girişində olan parkda təmir işləri yekunlaşıb. Bu haqda bu gün, 5 dekabr tarixində Cenublu.az xəbər verir.
Keçmiş Vağzal küçəsinin adı dəyişdirilərək Vətən müharibəsi şəhidi Orxan Quluzadənin adı verilmişdi. Küçənin girişində Orxan Quluzadənin xatirəsinə kiçik park salınıb.
Parkda Orxan Quluzadə haqqında ətraflı məlumat lövhəsi qurulub. Həmçinin şəhidin adından ehsan edilən bulaq quraşdırlıb.