SON XƏBƏRLƏR

Cəlilabadda şəhid ailəsi ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Belə ki, şəhid Qubadlı Fuad Cahangir oğlunun ailəsi mədəniyyət nümayəndələri tərəfindən ziyarət olunub.

Ziyarət zamanı Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov və mədəniyyət müəssisələrinin əməkdaşları şəhidin ailə üzvləri ilə görüşüb, onlara ehtiramlarını ifadə ediblər.