Lənkəran şəhər sakini, Vətən müharibəsi zamanı şəhid olan leytenant Emil Qurbanovun anası Sürəyya xanım vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 dekabr tarixində verir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Emil Qurbanov 29 oktyabr 2020-ci ildə Qubadlının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O. ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.