SON XƏBƏRLƏR

Bu gün Cəlilabaddan olan şəhid Elnur Bağırovun doğum günüdür.

Elnur Bağırov 6 mart 1996-cı ildə Cəlilabad rayonunun Privolnoye kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elnur Bağırov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.

İgidimiz şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Piyada zolağı
Yollarda vəziyyət

Lənkəranın mərkəzində piyada keçidi xətti pozulub

Lənkəranda sakinlərin təhlükəsizliyini təmin edən piyada keçidi xəttinin yenilənməyə ehtiyacı var. Bu haqda bu gün, 30 mart tarixində Cenublu.az xəbər verir. Sözügedən keçid Heydər Əliyev prospektində yerləşir. Lənkəran şəhər İcra