SON XƏBƏRLƏR

Bu gün Masallıdan olan şəhid Elmir Akifzadənin mövlud günüdür.

Elmir Akifzadə 1 sentyabr 1997-ci ildə Masallının Banbaşı kəndində dünyaya göz açıb. Fəxrimiz 2004-2015-ci illərdə Banbaşı kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Əsgərlikdən döndükdən sonra, 2018-ci ildə isə Kazan Universitetinə daxil olub.

Müddətli həqiqi hərbi xidmətdə olduğu zaman Aprel döyüşlərində göstərdiyi fərqliliyə görə Fəxri Fərman və təşəkkürnamə ilə təltif olunub. O, Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Akifzadə oktyabrın 9-da Hadrut döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.

Elmir Akifzadə ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif olunub.