SON XƏBƏRLƏR

Bu gün, 10 yanvar tarixində şəhid Baloğlan Əhədlinin doğum günündə ailəsinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub. Bu haqda məlumatı Cenublu.az verir.

Təqdimetmə mərasimində Lənkəran ŞİH-nin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəhidimizin ev-muzeyi və Gəgiran kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, məzarın önünə tər güllər düzülüb, şəhidlərimizin ruhlarına dualar oxunub.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ramal Baxşızadə şəhidimizin keçdiyi qəhrəmanlıqla dolu döyüş yolundan danışıb.

Şəhid atası Şakir Əhədov övlad itkisinin çətinliyindən danışaraq bildirib ki, ağrı və acılarına rayon rəhbərliyinin, el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir. Ş.Əhədov müharibənin bitməsindən 2 il ötsə də, Ali Baş Komandanın Vətən müharibəsində xidməti olan hər kəsin haqqının layiqincə verilməsinə xüsusi önəm göstərdiyini vurğulayıb.

Qeyd edək ki, şəhidimiz B. Əhədli Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə  ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Astara yardım
Aktual

Astaralılardan Türkiyəyə dəstək

Astara sakinləri də qardaş Türkiyəyə yardım kampaniyasına qoşulublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir. Belə ki,