SON XƏBƏRLƏR

Masallı rayonunun təhsil ocaqlarının birinin həyətində artezian quyusu istifadəyə verilib. Bu haqda bu gün, 13 yanvar tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Qızılağac kənd 2 saylı tam orta məktəbinin həyətində Şəhid atası Arif Əliyevin təşəbbüsü və rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Viləşçay Su Anbarı İstismarı idarəsi tərəfindən ümumi dərinliyi 30 metr olan artezian quyusu qazılıb.

Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ziyalılar və kənd sakinlərinin iştirakı ilə quyuya baxış keçirilib, rayon rəhbəri tərəfindən müvafiq tapşırıq və tövsiyələr verilib.