Masallıdan olan igid şəhidimiz Anar Novruzovun anadan olduğu gündür.
Anar Gülverdi oğlu Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 1983-cü ildə Masallı rayon Ərkivan qəsəbə Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatının istismarı fakültəsinə verib, lakin sonra Bakı Neft-Energetika Kollecinə qəbul olub. Sonra fikrini dəyişdirib və sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verib. Bir il təhsil aldıqdan sonra təhsilini yarımçıq saxlayaraq Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. 1994-cü ildə atəşkəsin elan olunması ilə əlaqədar geri qayıdıb və 1995-ci ildə yarımçıq saxladığı təhsilini davam etdirib.
Mayor Anar Novruzov 14 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhadətə ucalıb. Anar Novruzov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.