SON XƏBƏRLƏR

Lənkəranda “Sağlam gənclik naminə narkomaniya və erkən nikaha yox deyək” devizi altında maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 oktyabr tarixində verir.

Lənkəran şəhər Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Lənkəran rayon Mamusta kənd tam orta məktəbində keçirilən tədbirdə çıxış edənlər  narkomaniyanın əsrin bəlası olduğundan, bu xəstəlikdən qorunma tədbirlərindən, zərərli vərdişlərdən, erkən nikah və onun fəsadlarından danışıblar. Həmçinin narkomaniya ilə mübarizədə məktəbin əhəmiyyətli rol oynamalı olduğu, valideyn və məktəb birliyinin zəruriliyi, uşaq üzərində birgə nəzarətin vacibliyi vurğulanıb.

Gənclərin narkomaniyaya qurşanması onları təhsildən kənarlaşdırır, ətraflarındakı insanlarda daha çox cinayətkar sima təsəvvürü yaradır və sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.

Dövlət başçısı İlham Əliyev hər zaman bildirir ki, ölkə əhalisinin sağlamlığı prioritet məsələlərdəndir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır.

Daha sonra video çarxlar nümayiş olunub.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Lənkəran şəhər Gənclər və İdman İdarəsi
Lənkəran şəhər Gənclər və İdman İdarəsi