SON XƏBƏRLƏR

Masallıda Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda tədbir baş tutub. Bu haqda bu gün, 9 may tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Görüşdə çıxış edən Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev bildirib ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.

Polis tədbir
DİN