Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azər Aydın oğlu Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində verir.
Qeyd edək ki, 1969-cu il təvəllüdlü Azər Məmmədov uzun müddət polis orqanlarında xidmət edib. Onun son iş yeri isə Daxili İşlər Nazirliyində Daxili Təhqiqat İdarəsinin rəis müavini vəzifəsi olub. Onun atası – 22 mart 1939-cu ildə Astara şəhərində anadan olan tanınmış dövlət xadimi, 1987-1990-cı illərdə Azərbaycanın daxili işlər naziri olan Aydın Məmmədovdur.