SON XƏBƏRLƏR

Sabiq deputat, əslən Lerik rayonunun Nuravund kəndindən olan yazıçı, professor Hüseynbala Mirələmov ölkə gündəmindən danışıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində Apa TV-yə istinadən verir.

Belə ki, sabiq deputat gündəmi zəbt edən boşanmaların səbəblərini analiz edib. O, boşanmaların sayının artmasında anaları, daha sonra bağçalardakı tərbiyəçiləri günahlandırıb. Həmçinin o, sosial şəbəkələrin, xüsusən də Tik-Tok-un boşanmalarda olan “xidməti”ni qeyd edib. “Səlahiyyətim olsa, Tik-Tok-u bağlayaram. 2-3 uşaq anası övladlarını atıb, başqa birinə qoşulub qaçır”,- deyə o, öz açıqlamasında bildirib.

Qeyd edək ki, Hüseynbala Mirələmov 23 aprel 2021-ci ildə sosial şəbəkələrdə yayılmış qeyri-etik görüntüləri səbəbindən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri vəzifəsindən, Veteranlar Şurasının üzvlüyündən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-Neft Mühəndisliyi fakültəsinin “Neftin, qazın nəqli və saxlanması” kafedrasının müdiri vəzifələrindən azad olunub.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda