SON XƏBƏRLƏR

Səyyar Asan qatarı iyul ayı ərzində Lənkəranda vətəndaşlara xidmət göstərməyə davam edir.

Səyyar ASAN xidmət çərçivəsində göstərilən xidmətlər aşağıdakılardır:

  1. Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
  2. Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
  3. Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
  4. Məhkumluq barədə arayışların verilməsi;
  5. Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
  6. Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı;
  7. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.

İş rejimi:

Bazar ertəsi-şənbə günü saat 10:00-19:00-dək.

Xidmətin sifarişi:

Xidmətin sifarişi 108 nömrəli “Çağrı” mərkəzi vasitəsi ilə həyata keçirilir.

Səyyar xidmət haqqı:

  • İkitərəfli xidmət (sənədlərin qəbulu və hazır sənədin çatdırılması) – 90 AZN;
  • Birtərəfli xidmət (hazır sənədin çatdırılması) – 50 AZN.

Ümumilikdə Lənkəranda səyyar xidmət 19 dəfə gerçəkləşib. 16 dəfə səyyar “ASAN xidmət” avtobusları vasitəsilə 76 minə yaxın, 3 dəfə isə “ASAN qatar” vasitəsilə 14 minə yaxın vətəndaş müraciəti daxil olub.