Lənkəran şəhəri Səttərxan küçəsindəki su problemi aradan qaldırılır. Bu haqda bu gün, 23 avqust tarixində Cenublu.az müxbiri xəbər verib.
Asfaltın altından keçən Xanbulan su borusu sızıb küçəyə dağılırdı. Hal-hazırda təmir-bərpa işləri davam edir.
Qeyd olunan məsələni Cenublu.az 21 avqust tarixində işıqlandırmışdı.