SON XƏBƏRLƏR

Lənkəranın şəhərə ən yaxın olan kəndlərindən Sütəmurdovda yol kənarı məişət tullantıları ilə dolub. Bu haqda Baku tv məlumat verib.

Kəndin “dəhnə” deyilən ərazisindən, xüsusi ilə yay mövsümündə, turistlər və yerli əhali çimərliyə keçib gedirlər. Qeyd olunan ərazidə keçərkən tullantılar və onlardan qələn qoxu sakinləri narahat edir.

Sakinlərin sözlərinə görə, kənd bələdiyyəsi 10 gün öncə ərazini təmizləyib. Lakin axşam saatlarında küçədən keçən insanlar tullantıları buraya atırlar.

Sütəmurdov kənd bələdiyyəsinə müraciət edən Baku tv-yə bildirilib ki, ərazidə mütəmadi olaraq abadlıq işləri görülür. Çimərliyə gedən sakinlər əraziyə tullantıları atır. Bələdiyyə həll yolu olaraq ərazini təmizləyib, sədd çəkilməsini nəzərdə tutur.

Həmçinin, bələdiyyə sədri bildirib ki, eyni ərazidə Lerikdə yerləşən restoranlar Lənkəran çayına zibili tökür. Tullantılar “dəhnə”-dən Xəzər dənizinə axır və xoş olmayan görüntü və qoxu yaradır.