Daha öncə qeyd etdiyimiz kimi, Lənkəran şəhər Mənzil İstismar və Kommunal İdarəsinin rəisi Emin Şahzadə vəzifəsindən azad olunub. Lənkəran şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, onun yerinə Rövşən Lətifov təyinat alıb.
Əldə etdiyimiz məlumata görə, Rövşən Lətifov fərdi sahibkardır. Onun Qala Xiyabani ərazisində bir sıra sahibkarlıq obyekti var. Onun qardaşı Ramel Lətifov isə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində II katib vəzifəsində çalışır.
