Lənkəranlı məktəb müəllimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Bu haqda məlumat bu gün, 9 dekabr tarixində Lənkəran Şəhər Təhsil Şöbəsinin rəsmi Facebook hesabında paylaşılıb.
T.Zamanov adına Ürgə kənd tam orta məktəbin biologiya müəllimi Yaşar Kazımov “Tərəqqi” medalına layiq görülüb. Təhsil işçilərinə dövlət təltiflərinin təqdim olunması mərasimində lənkəranlı müəllim təhsil narizi Emin Əmrullayev tərəfindən mükafatlandırılıb.
Yaşar Kazımova “Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı təltif edilib.
Qeyd edək ki, fəxrimiz olan Yaşar müəllim 2018-ci ildə “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”nin qalibi olub.