SON XƏBƏRLƏR

Lənkəran-Astara Regional Təhsil İdarəsi Respublika Fənn Olimpiadasında (RFO) bürünc medal qazanan şagirdlərin adlarını açıqlayıb.

Belə ki, bürünc medala coğrafiya fənni üzrə:

  • Masallı rayonu Sığdaş kənd tam orta məktəbinin IX sinif şagirdi İsgəndər Cəmil oğlu İsgəndərov;
  • Masallı rayonu Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbin IX sinif şagirdi Mütəllim Fuad oğlu Mütəllimzadə;
  • Masallı rayonu Sığdaş kənd tam orta məktəbinin X sinif şagirdi İzzət Mənsum oğlu Salmanov;
  • Cəlilabad rayonu Bəciravan kənd tam orta məktəbinin XI sinif şagirdi Ziya Araz oğlu Abasov;
  • Astara şəhər F.Əliyarov adına 6 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nicat Nizami oğlu Ağazadə;

Biologiya fənni üzrə:

  • Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin XI sinif şagirdi Türkanə Zaur qızı Hüseynli;

Tarix üzrə:

  • Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Ülvi Vahab oğlu Həbibli;

Azərbaycan dili və ədəbiyyat üzrə:

  • Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Səidə Tağı qızı Cəfərzadə layiq görülüblər.

Qeyd edək ki, Respublika Fənn Olimpiadasının yekun nəticəsinə görə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində təhsil alan 11 şagird bürünc, 5 şagird gümüş, 3 şagird qızıl medala layiq görülüb.