Respublika Fənn Olimpiadalarının rayon mərhələsinin nəticəsi açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 yanvar tarixində verir.
Belə ki:
- Lənkəran rayonu üzrə 178;
- Cəlilabad rayonu üzrə 128;
- Masallı rayonu üzrə 117;
- Astara rayonu üzrə 95;
- Lerik rayonu üzrə 53;
- Yardımlı rayonu üzrə 39 nəfər şagird yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, Olimpiadada Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdən 2747 nəfəri rayon mərhələsində iştirak edib. Onlardan 610 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb.