Ümumi təhsil müəssisələrində növbəti müsahibələr keçirilib. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Təhsil idarəsində psixoloq vəzifəsinə namizədlərlə müsahibənin növbəti mərhələsi keçirilib. Müsahibədə 2 namizəd uğur qazanıb.
Qeyd edək ki, vakant olan məktəb psixoloqu vəzifəsinə müraciət müddəti davam edir.
Müraciət etmək istəyən şəxslərdən zəruri sənədləri Lənkəran-Astara Regional Təhsil İdarəsində yaradılmış komissiyaya təqdim etmələri xahiş olunur.
Tələb olunan zəruri sənədlər:
- ixtisası üzrə ali təhsil diplomu və ona əlavənin əsli;
- şəxsiyyəti təsdiq edən sənədin əsli.