Lənkəranda təhsil ocaqlarının direktor müavinləri ilə görüş keçirilib. Bu haqda bu gün, 25 yanvar tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Görüşdə ümumtəhsil müəssisələrinin təsərrüfat işləri üzrə direktor müavinləri və təsərrüfat müdirləri iştirak ediblər. Tədbir zamanı onların hüquq və vəzifələri barədə danışılıb. Görüşdə Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin Regionlarla işin təşkili sektorunun müdiri və əməkdaşları çıxış ediblər.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.