SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Rəsilə Əliyevanın işi üzrə ilkin məhkəmə iclası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 sentyabr tarixində Bizim.media-ya istinadən verir.

Belə ki, Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında ittiham olunan şəxslə zərərçəkmiş tərəf iştirak ediblər. Növbəti məhkəmə iclası 12 sentyabr tarixinə təyin olunub.

Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rəsilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran Rayon Prokurorluğunda 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Masallı Rayon Gənclər və İdman İdarəsi
Aktual

Masallının icra başçısı qalib idmançılarla görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayevlə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr