SON XƏBƏRLƏR

Rəsilə Əliyeva tərəfindən fiziki zorakılığa məruz qalan qız Psixi Sağlamlıq Mərkəzinə yerləşdirilib. Bu haqda bu gün, 6 sentyabr tarixində Cenublu.az Bizim.Media-ya istinadən xəbər verir.

15 yaşlı yeniyetmənin anası Ləman Camalovanın sözlərinə görə, qızın psixoloji durumu o qədər kritikdir ki, indi də psixoterapevt müalicəsinə ehtiyacı yaranıb.

Valideyn bildirir ki, yeniyetmənin müalicəsi uzun müddət davam edəcək. Qız hər an özünə nəisə edə bilər. Zərərçəkmiş yeniyetmə fiziki travmadan çox, mənəvi travma alıb. Çox qürurlu qız olduğu üçün aldığı travmanı həzm edə bilmir.

“Rəsilə Əliyevanın əlindən hər bir şey gələ bilərdi. Yenicə öyrənmişəm ki, qızım döyüləndən sonra özünü eyvandan atmaq istəyib. Amma məni düşünürək geri addım atıb. Deyir, o anda səni fikirləşdim. “Dedim, görən anam nə edər, necə yaşayar?”, – deyə Ləman Camalova söyləyib.

Qeyd edək ki, avqustun 23-də cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib. 5 sentyabr tarixində ilk məhkəmə iclası keçirilib.