SON XƏBƏRLƏR

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov yeniyetmə idmançı Əli Baxışovu və məşqçilərini qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyun tarixində verir.

Belə ki, Rafiq Cəlilov boks idman növü üzrə Respublika birincilikləri və beynəlxalq turnirin qalibi olan Əli Baxışov və onun məşqçiləri, UGİM-in boks idman növü üzrə baş məşqçisi Səid Atakişiyev, məşqçi-müəllim Nicat Quliyev, Cəlilabad rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov və UGİM-in direktoru, əməkdar məşqçi Natiq Rzayevi qəbul edib.

İcra başçısı bildirib ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda idman sahəsində göstərdikləri yüksək nəticələrə görə idmançı və məşqçiləri Rafiq Cəlilov tərəfindən təltif ediliblər.