SON XƏBƏRLƏR

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Göytəpə şəhər ərazisində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Bu haqda bu gün, 24 noyabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Rafiq Cəlilov yenidənqurma işləri görülən əraziyə baş çəkib. İcra başçısı Göytəpə şəhərindəki küçələrdə yeni salınan piyada səkiləri və işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı görülən işlərin keyfiyyəti ilə maraqlanıb, tikinti işlərini aparan aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Cəlilabad və Göytəpə şəhərində piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri yenidən qurulur, küçələr boyunca müasir işıqlandırma sistemləri quraşdırılır.