SON XƏBƏRLƏR

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Günəşli kənd sakinləri ilə görüşüb. Bu haqda bu gün, 7 dekabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin iclas zalında keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbulda Rafiq Cəlilov sakinlərin arzu və təkliflərini dinləyib. Səslənən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.