Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı kənd camaatının qayğıları ilə maraqlanıb. Bu haqda bu gün, 9 dekabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.
Rafiq Cəlilov Uzuntəpə kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib. Uzuntəpə Kənd Mədəniyyət Evində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.