SON XƏBƏRLƏR

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən müharibəsi şəhidi Bilal Rzayevin ailəsinə baş çəkib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 dekabr tarixində verir.

Görüşdə qəhrəmanımızın həyatı, döyüş yolu barədə söhbət açılıb.

Qeyd edək ki, Bilal Novruz oğlu Rzayev 1997-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub. Vətən müharibəsi zamanı Bilal Rzayev Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib, Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və 24 noyabr 2020-ci il tarixdə Alar kənd qəbiristanlığında dəfn olunub.

Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü”  medalları ilə təltif edilib.