SON XƏBƏRLƏR

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Məmmədcanlı kəndində  səyyar qəbul-görüşü baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 avqust tarixində verir.

Qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.

Qeyd edək ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.