SON XƏBƏRLƏR

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Göytəpə şəhərində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində verir.

Belə ki, Göytəpə şəhərində Vüsal Cəfərov küçəsinin 215 metr, Şeyx Şamil küçəsinin 364 metr, Akif Xanışov küçəsinin 240 metr, Əşrəf Hüseynov küçəsinin 232 metr, Elçin İsmayılov küçəsinin 245 metr və Həzi Aslanov küçəsinin 226 metr hissələrində yüksək keyfiyyətlə həyata keçirilən asfaltlanma işləri aparılıb. Eyni zamanda Qurtuluş və Oktay Eynullayev küçələrində piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri yenidən qurulub.

Rafiq Cəlilov Göytəpə şəhərindəki asfaltlanma işləri və yeni salınan piyada səkiləri ilə bağlı görülən işlərin keyfiyyəti ilə maraqlanıb, tikinti işlərini aparan aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.