SON XƏBƏRLƏR

Cəlilabad rayonunun icra başçısı sakinlərin qayğıları ilə maraqlanıb. Bu haqda bu gün, 16 dekabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Rafiq Cəlilov vətəndaşlarla Alar kəndində görüşüb. Alar kənd 1 saylı tam orta məktəbin iclas zalında keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri  və kənd sakinləri iştirak ediblər.

Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.