Masallı sakini paytaxt ərazisində quldurluq etməkdə şübhəli bilinir. Bu haqda bu gün, 26 aprel tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Bakının Nizami rayonu ərazisində “BYD” markalı avtomobildə olan 2 sərnişinin sürücünü bıçaqla hədələyərək 550 manatını quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Masallı rayon sakini Renat Şahbazov və Bakı şəhər sakini Elbrus Ələkbərov müəyyən olunaraq saxlanılıblar.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.