SON XƏBƏRLƏR

Qızılağac Milli Parkında keçirilən növbəti nəzarət tədbirləri zamanı sintetik

tor götürülüb. Bu haqda bu gün, 18 aprel tarixində Cenublu.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisindən 504 metr uzunluğunda 28 ədəd sintetik tor yığışdırılıb.

ETSN tərəfindən start verilən “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyasında vətəndaşlar fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə nazirliyin rəsmi sosial şəbəkə hesablarına və Telegram qrupuna dəqiq koordinatları göstərməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırılırlar.