SON XƏBƏRLƏR

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində mühafizə rejimini pozan şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində Qafqazinfo.az-a istinadən verir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyevin sözlərinə görə, araşdırma zamanı onun Masallı rayon sakini Müqəddəs Şahbazov olduğu müəyyən edilib.

Xidmət rəsmisinin sözlərinə görə, faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbir görülüb.