SON XƏBƏRLƏR

Qızılağac Milli Parkının ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirləri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 fevral tarixində Apa.az-a istinadən verir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, xidmətin və milli parkın əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın daxili su hövzələrində brakonyerlərə məxsus 5 ədəd qayıq aşkar edilib, ərazidən 960 metr uzunluğunda sintetik tor və 272 ədəd qanunsuz ov aləti götürülüb.

“Xüsusi mühafizə olunan təbiət ərazilərində ov hallarının qarşısını almaq məqsədilə nəzarət tədbirləri davam etdirilir”, – deyə o qeyd edib.

Cahit Bağçı
Aktual

Cənub zonasında yaşayan türk vətəndaşlarının nəzərinə

Cənub rayonlarında yaşayan türk vətəndaşları Türkiyədə keçirilən seçkilərdə iştirak edə biləcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib ki,