SON XƏBƏRLƏR

AQTA-nın təşkil etdiyi monitorinqlər nəticəsində 2 nəfər cərimələnib. Bu haqda bu gün, 30 mart tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.

Agentlik heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri keçirib. Yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar olunub.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

  • Nəzərov Amil Mehman oğlu – Ərkivan qəsəbəsi;
  • Mirzəyev Bəhruz Burcəli oğlu – Qızılavar kəndi.