Qeyri-sabit hava şəraiti Cənub zonasında bir sıra çətinliklər yaradıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində verir.
Belə ki, gecə saatlarında Cəlilabad, Lənkəran və Astara rayonları ərazisində internetin verilişində fasilə yaranıb. Həmçinin güclü külək səbəbindən Ələt-Astara avtomobil yolunun Göytəpə şəhərindən keçən hissəsində ağaclar yola aşıb, bu səbəbdən də Cəlilabadın bir sıra kəndi işıqsız qalıb.
Leysan yağışı Cəlilabad rayon xəstəxanasına da ziyan vurub. Yağış suları xəstəxananın infeksion korpusuna dolub.
Hazırda problemlər aradan qaldırılıb.