SON XƏBƏRLƏR

Cəlilabaddan olan qazi Elşən Xanəliyev Vətənə qayıdıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində Report.az-a istinadən verir.

İkinci Qarabağ döyüşlərində yaralanan qazimiz, müalicəsini başa vuraraq doğma Cəlilabad rayonuna dönüb.

Onun Şəhidlər xiyabanının önündə qarşılanma mərasimi keçirilib. Mərasimdə E.Xanəliyevin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eləcə də rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, E.Xanəliyev Vətən müharibəsi zamanı, 2020-ci ilin oktyabr ayının əvvəllərində Cəbrayıl istiqamətində yaralanıb. O, 2021-ci ilin fevral ayında müalicə üçün Türkiyəyə göndərilib.

E.Xanəliyev Vətən müharibəsində göstərdiyi şücaətlərə görə “Xocavəndin azad olunmasına görə “, “Cəbrayılın azad olunmasına görə “, “Füzulinin azad olunmasına görə “, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.